Urologiya

APPRO HOSPITAL Urologiya şöbəsi

Hospitalımızın Urolonefrolojı şöbəsində böyrək və sidik-cinsiyyət orqanları xəstəliklərinin diaqnostikası və müalicəsi həyata keçirilir. Müasir tibbi avadanlıqlarla təmin olunmuş şöbədə yüksəkixtisaslı həkimlərimiz tərəfindən bütün növ uroloji müayinə və müalicə metodları, prosedurları, açıq və qapalı cərrahi əməliyyatları həyat keçirilir. Şöbədə tətbiq olunan innovativ müalicə metodları böyrək xəstəliklərinin müalicəsində öz yüksək effektivliyini göstərir. Hospitalımızda lazer və pnevmatik ureterolitotripsiyası, böyrək daşlarının qapalı ureterolitotripsiyası, litoekstraksiyası, böyrək daşlarının ultrasəs litolapaksiyası,fibroureterorenoskopiya, perkutan nefrolitotomiya kimi əməliyyatlar həyata keçirilir.

İcra olunan xidmətlər:

  • Sidik yolları və böyrək daşlarının müalicəsi
  • Lazer ureterolitotripsiya
  • Pnevmatik ureterolitotripsiya
  • Böyrək daşlarının qapalı litotripsiyası, litoekstraksiyası
  • Böyrək daşlarının ultrasəs litolapaksiyası
  • Fibroureterorenoskopiya, litotripsiya
  • Sidik kisəsi daşlarında açıq və endoskopik əməliyyatlar
  • Sidik yolları, böyrək şişlərinin müalicəsi
  • Cinsi pozğunluqlar, sonsuzluğun müalicəsi
  • Cinsi zəifliyin dəqiq diaqnostikası, dərman və cərrahi müalicəsi
  • Xaya biopsiyası, toxum materialın alınması
  • Uşaqlarda görülən uroloji anomaliyaların müalicəsi
  • Qadınlarda mövcud uroloji problemlərin diaqnostikası və müalicəsi
  • Urodinamik müayyinə, sistometriya
  • Sidik saxlamazlığın minimal müdaxiləli müalicəsi
  • Prostatın qapalı və açıq əməliyyatları, biopsiyası
  • Xoşxassəsli prostat böyüməsi olan və cərrahi müdaxiləyə ehtiyacı olan xəstələrə lazerlə icra olunan müalicə (HOLEP)
 
Təxirəsalınmaz uroloji müdaxilələr:

  • Stent və nefrostoma yerləşdirilməsi
  • Priapizm zamanı əməliyyatlar
  • Sidik yolları zədələnmələrinin müalicəsi
  • Klassik uroloji əməliyyatlar
  • Endoskopik (qapalı) prostat əməliyyatı (TURP)
  • Endoskopik (qapalı) sidik kisəsi daşı və şişlərinin əməliyyatları
  • Endoskopik (qapalı) böyrək daşı əməliyyatları
  • Kişi sonsuzluğunun müalicəsi
  • Mikroskopik androloji əməliyyatlar (varikosel)
  • Qadınlarda və kişilərdə sidik saxlanamazlığının müalicəsi
  • Cinsi zəifliyin müalicəsi