Təcili Tibbi Yardım Xidməti

APPRO HOSPITAL Təcili Tibbi Yardım Xidməti


Təcili Tibbi Yardım şöbəsi insanların acil və təxirəsalınmaz tibbi ehtiyaclarına ən sürətli şəkildə cavab verir. Bu şöbədə işləyən tibb heyəti və təchizat, günün hər saatı, həftənin 7 günü ictimaiyyətin sağlamlığı üçün fəaldır.

Bu şöbəyə müraciət edən ambulator xəstələr ilk etapda triaj prosesi ilə müayinə olunurlar. Burada həkimlər tərəfindən xəstələrin vəziyyəti qiymətləndirilir və təciliyyət sırasına görə müayinə otaqlarına alınmaları təmin edilir.

Müayinə otaqlarında ixtisaslı həkimlər tərəfindən xəstələrə ilk yardım və müalicə tətbiq olunur. Daha sonra təcili tibbi ehtiyacları olan xəstələr müvafiq müayinələr və qiymətləndirmə prosesindən keçirildikdən sonra stasionar müalicə üçün müvafiq tibb bölmələrinə təqdim edilirlər. Bu tənzimləmə, xəstələrin ən sürətli və ən effektiv müalicəyə çatmasını təmin edir.