Nəcis nümunəsi

Nəcisin ümumi analizi (koproqramma)

Həzm sistemi xəstəliklərinin diaqnostikasında mühüm laborator analizdir. Test vasitəsilə bağırsaq mikroflorasının vəziyyəti, fermentativ aktivliyi, iltihabi və digər proseslərə diaqnoz qoyula bilər. Nəcis analizi verərkən nəcis steril qaba yığılmalıdır. Nəcisin toplanması üçün qab (konteyner) klinikamızdan əldə edilə bilər. İmalədən sonra alınmış nəcis müayinə üçün yararsızdır. Analizi verərkən qaba təhminən 1 -2 sm ölçülərində nümunə qoyulmalıdır.

Koproqramma görə analiz nə zaman vermək lazımdır?

  • Periodik, yaxud, daimi diskomfort və ya bağırsaq nahiyəsində köp narahat etdikdə;
  • Qarın boşluğunda bəzən kəskin olmayan və tez keçən ağrılar olduqda;
  • Nəcisin konsistensiyası dəyişdikdə (duru, formalaşmamış, yaxud, əksinə, çox bərk);
  • Xronik qəbzlik;
  • Nəcisdə göz ilə görünən yağ qarışıqları əmələ gəldikdə,
  • Ailə üzvlərində bağırsaq qurdları, ibtidailəri və ya qurd yumurtaları aşkar olunduqda, həkimin təyinatı əsasında digər hallarda.

Bütün sadalanan səbəblər müəyyən xəstəliklərin simptomları ola bilər, bunlar da nəcisin müayinəsi ilə aşkar olunur.

Materialın yığılma qaydası və verilməsinə hazırlıq

Koproqramma üçün analiz verməzdən öncə həkimə analizdən əvvəl və hazırda qəbul edilən preparatlar haqqında məlumat verilməlidir. Eləcə də, kolonoskopiya, yaxud, barium ilə MBT-nin radioqrafiyasının aparılması haqqında xəbər edilməlidir.
Analizin nəticəsinə təsir edə bilən bəzi prepatların istifadəsi dayandırılmalıdır (müalicə həkiminin qərarına əsasən). Bunlara dəmir preparatları, antibiotiklər, bismut preparatları, QSİP, antasidlər, diareyaəleyhinə, qurdəleyhinə preparatlar, bağırsaq işlədici vasitələr aiddir.

Analiz verməzdən əvvəl digər ölkələrdə olanlar, bu barədə həkimə məlumat verməlidirlər, belə ki, bəzi virus, bakteriya və ibtidailər müəyyən regionlarda təsadüf edilir, bu isə öz növbəsində, analizlərin, o cümlədən, nəcisin ümumi analizinin nəticəsinə təsir göstərə bilər.

Analiz verilən zaman aybaşı, yaxud, qanayan hemorroidal düyünlər olarsa, materialın yığılması təxirə salınmalıdır.

Nəcisin müayinəsində nəcis su, sidik, yuyucu, yaxud, dezinfeksiyaedici vasitələr ilə kontaktda olubsa, istifadə edilə bilməz.
Analiz üçün materialın yığılma qaydası:

Gigiyenik qaydalara riayət olunmaqla nəcis xüsusi qaşıq ilə xüsusi konteynerə yığılmalıdır (laboratoriyada verilmiş, yaxud, aptekdən alınmış) Ümumi analiz üçün 3-5 sm3 (təqribən 1 çay qaşığı) material lazımdır. Konteyner möhkəm bağlanır, üzərində qeydiyyat aparılır və göndərişlə laboratoriyaya çatdırılır.