Qan nümunəsi

Nəticəyə təsir göstərə biləcək əsas preanalitik amillər

  • Dərman qəbulu - dərmanların laborator test nəticələrinə təsiri müxtəlifdir və həmişə proqnozlaşdırıla bilməz.
  • Yemək qəbulu - həm qida komponentlərinin sorulması sayəsində birbaşa təsir, həm də dolayı bir şəkildə mümkündür. Qida qəbuluna cavab olaraq, nümunənin bulanıqlığı - yağ hissəciklərinin artması ilə əlaqədar hormon səviyyəsində dəyişikliklər müşahidə olunur.
  • Həddindən artıq fiziki və emosional gərginlik hormonal və biokimyəvi dəyişikliklərə səbəb olur.
  • Alkoqol qəbulu - bir çox metabolik proseslərə kəskin və xroniki təsir göstərir.
  • Siqaret/tütünçəkmə bir sıra bioloji aktiv maddələrin ifrazını dəyişdirir.
  • Fizioterapiya, instrumental diaqnostik müayinələr bir çox laborator parametrlərdə müvəqqəti dəyişikliklərə səbəb ola bilər.
  • Qadınlarda menstruasiya dövrünün fazası (bir sıra hormonal tədqiqatlar üçün əhəmiyyətlidir, FSH, LH, prolaktin, progesteron, estradiol, 17-OH-progesteron, androstenedion, inhibin, AMH səviyyəsini təyin etmək üçün test etmədən əvvəl optimal günləri həkiminizlə dəqiqləşdirin).
  • Günün saatları - insan fəaliyyətinin gündəlik ritmləri və buna görə bir çox hormonal və biokimyəvi parametrlərdə dəyişiklıiklər ola bilər.

Analiz vermədən öncə tətbiq olunan ümumi qaydalar

  • Mümkün gədər, səhər saatlarında, 8 ilə 11 saat arası, ac qarna (8-14 saatdan aclıq, suyun normal qaydada qəbulu, müayinədən bir gün əvvəl qida yüklənməsi qadağandır) qan nümunələri verilə bilir. Qan nümunələri üçün bəzi xüsusi pəhriz və gündəlik tələblər üçün aşağı baxın.
  • Hər hansı bir dərman qəbul edirsinizsə, dərman qəbul edərkən müayinə edilməsinin məqsədəuyğunluğu və ya müayinədən əvvəl dərmanı dayandırma ehtimalı barədə həkiminizə müraciət etməlisiniz. Dərman qəbulunun dayandırılma müddəti, dərmanın qandan xaric olma müddəti əsasında təyin edilir.
  • Alkoqol – müayinə ərəfəsində spirtli içki qəbul etməkdən çəkinin.
  • Siqaret çəkmək – müayinədən əvvəl ən azı 1 saat siqaret çəkməyin.
  • Müayinə ərəfəsində fiziki və emosional yüklənmələri aradan qaldırın.
  • Laboratoriyaya gəldikdən sonra qan nümunələri götürməzdən əvvəl 10-20 dəqiqə istirahət edin (oturmaq daha yaxşıdır).
  • Fizioterapiya prosedurları, instrumental müayinə və digər tibbi müdaxilələrdən qısa müddət sonra laborator müayinəsi üçün qan vermək arzuolunmazdır. Bəzi tibbi prosedurlardan sonra (PSA müayinəsindən əvvəl rektal müayinə və ya prostat biopsiyası kimi) laborator müayinə bir neçə gün təxirə salınmalıdır.
  • Dinamik laborator müayinələrin təkrarı zamanı nümunəni eyni şəraitdə, eyni laboratoriyada (eyni metodla), günün təxminən eyni vaxtında verilməsi tövsiyə olunur.