Analizə hazırlıq

Qan nümunəsi

Nəticəyə təsir göstərə biləcək əsas preanalitik amillər

  • Dərman qəbulu - dərmanların laborator test nəticələrinə təsiri müxtəlifdir və həmişə proqnozlaşdırıla bilməz.
  • Yemək qəbulu - həm qida komponentlərinin sorulması sayəsində birbaşa təsir, həm də dolayı bir şəkildə mümkündür. Qida qəbuluna cavab olaraq, nümunənin bulanıqlığı - yağ hissəciklərinin artması ilə əlaqədar hormon səviyyəsində dəyişikliklər müşahidə olunur. ... ətraflı

Nəcis nümunəsi

Nəcisin ümumi analizi (koproqramma) – həzm sistemi xəstəliklərinin diaqnostikasında mühüm laborator analizdir. Test vasitəsilə bağırsaq mikroflorasının vəziyyəti, fermentativ aktivliyi, iltihabi və digər proseslərə diaqnoz qoyula bilər. Nəcis analizi verərkən nəcis steril qaba yığılmalıdır. Nəcisin toplanması üçün qab (konteyner) klinikamızdan əldə edilə bilər. İmalədən sonra alınmış nəcis müayinə üçün yararsızdır. Analizi verərkən qaba təhminən 1 -2 sm ölçülərində nümunə qoyulmalıdır. ... ətraflı

Sidik nümunəsi

Müayinə üçün yalnız səhər yuxudan oyandıqdan sonra ilk sidik laboratoriyaya təqdim edilməlidir. Sidik yığılmazdan öncə gigiyenik qaydalara riayət edilməlidir. Sidik quru, təmiz, steril qaba toplanmalı və 90 dəqiqə ərzində biomaterialların qəbulu bölməsinə çatdırılmalıdır. Laboratoriyamızda sidik analizləri üçün istifadə olunan xüsusi qab (konteyner) verilə bilər. Sidiyin müayinəsinə 1 gün qalmış xəstə qida rasionundan rəngli meyvə və tərəvəzləri çıxarmalıdır və duzlu qidalar qəbul etməməlidir. ... ətraflı