Cərrahiyyə

APPRO HOSPITAL Cərrahiyyə şöbəsi

Ümumi cərrahiyyə şöbəsi həm planlı, həm də təcili cərrahi əməliyyatların keçirilməsini təmin edir. Bütün əməliyyatlar dünya standartlarına uyğun olaraq, beynəlxalq protokollara əsasən müasir üsullarla icra olunur. Cərrahi əməliyyatlar geniş profilli olub, həm endocərrahi, həm də klassik metodların tətbiqi ilə həyata keçirilir.

Klinikamızda icra olunan ümumi cərahiyyə şöbəsinin etdiyi əməliyyatlar aşağıdakılardır:

  • Endokrin vəzi xəstəlikləri (qalxanabənzər və qalxanabənzər ətraf vəziləri, böyrəküstü vəzi)
  • Böyrəküstü vəzin xaric edilməsi (açıq və laparoskopik)
  • Reflyuks cərrahiyyəsi (laparoskopik fundoplikasiya)
  • Mədə xorasının cərrahi müalicəsi (açıq və laparoskopik)
  • Mədənin xoş və bəd xassəli törəmələrinin cərrahi müalicəsi (açıq və laparoskopik)
  • Öd daşı xəstəliyinin cərrahi müalicəsi (laparoskopik xolesistektomiya)
  • Qaraciyərin parazitar xəsətliklərinin (exinokok) cərrahi müalicəsi
  • Mədəaltı vəzin xoş və bəd xassəli törəmələrinin cərrahi müalicəsi
  • Yöğun və düz bağırsağın xoş və bəd xassəli törəmələrinin cərrahi müalicəsi (açıq və laparoskopik)
  • Proktoloji xəsətliklərin (babasil, çat, fistul) cərrahi müalicəsi
  • İltihabi bağırsaq xəstəliklərinin (kron, xoralı kolit) cərrahi müalicəsi
  • Qarın divarı yırtıqlarının cərrahi müalicəsi (açıq və laparoskopik)