Oftalmologiya

APPRO HOSPITAL Oftalmologiya şöbəsi

Hospitalımız oftalmoloji tibbi xidmətlərin göstərilməsi üçün müasir tibbin tələblərinə cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bu avadanlıqlar vasitəsi ilə keratometriya, avtorefraktrometriya, pnevmotonometriya kimi diaqnostik müayinələr aparılır.

Xaricdə təhsil almış təcrübəli oftalmoloqlar tərəfindən göz xəstəliklərinə dəqiq diaqnoz qoyularaq müasir konservativ və cərrahi müalicə taktikası seçilir və həyata keçirilir.

Xəstəxanamızda iridosiklit və uveitlər, qlaukoma, katarakta, retinapatiyalar, refraksiya pozğunluğu, göz dibi xəstəlikləri, konyuktivanın infeksion xəstəlikləri, buynuz qışa xoraları, konyuktiva və buynuz qışanın yad cismi, quru göz sindromu kimi xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir.