APPRO HOSPITAL Pediatriya şöbəsi
Yeni doğulan körpələrə ən müasir avadanlıqlarla təchiz edilmiş şöbədə xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən beynəlxalq standartlara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya, intensiv terapiya, ikinci dərəcə qulluq və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.
Uşaq poliklinikasında sağlam uşaqların fiziki və psixiki inkişafına kontrol təqib və beynəlxalq standartlara uyğun həyata keçirilir.
Hospitalımızda həkim-pediatr müayinəsi ilə bərabər ehtiyac olarsa, digər müxtəlif ixtisas həkimlərinin (otolarinqoloq, oftalmoloq, kardioloq, uroloq, ginekoloq və s.) müayinələri də təşkil olunur.
Hospitalda ambulator və stasionar şəraitdə balaca pasiyentlərimizə göstərilən tibbi xidmətlə yanaşı, analara uşağın sağlamlığı və inkişafı haqqında vacib məlumatlar verilir ki, bu da kompleks şəkildə tez biz zamanda uşağın sağalması və gələcək inkişafında mühüm rol oynayır.