APPRO HOSPITAL Sterilizasiya şöbəsi
- Sterilizasiya güvənliyin təmin edilməsi və infeksiyanın yayılmasının qarşısını almaqda böyük məsuliyyətə sahib olan, xəstəxananın fərqli şöbələrində istifadə olunmuş və çirklənmiş tibbi alətləri yenidən steril olaraq təkrar təhvil verən bir şöbədir.
- Xəstəxanamızda ən yeni və müasir tibbi cihaz və avadanlıqlardan istifadə olunur.
- Mərkəzi sterilizasiya şöbəsində çalışan personallar yerli və xarici mütəxəssislər tərəfindən təlimlər almışdır.
- Xəstəxanamızda Mərkəzi sterilizasiya şöbəsi standartlara uyğun olaraq çirkli sahə,təmiz sahə(cərrahi alət paketləmə və tekstil paketləmə), steril sahələrə bölünmüşdür.
DEZİNFEKSİYA VƏ DEZİNFEKSİYA PROSEDURU:
Cansız cisimlərdə xəstəliyə səbəb ola bilən mikroorqanizmlərin məhv edilməsi və ya zərərsizləşdirilməsi (sporlar istisna olmaqla) və ya təkrarlanmasının qarşısının alınması prosesidir.
Xəstəxanamızda dezinfeksiya prosedurü Dezinfeksiya edici cihaz ilə edilir.Dezinfeksiya edici cihaz ilə dezinfeksiya prosedürü tibbi alətlərin və dəstlərin yuyulması dezinfeksiya edilməsi və qurutma prosesi əl dəymədən tək bir proqramla baş verən prosesdir.Dezenfeksiya edici cihaz öz dezenfeksiya edici məhlulları ilə müəyyən vaxt və temperatur ilə tibbi alətləri və dəstləri dezinfeksiya edir.
ULTRASONİC təmizləmə cihazı - Cihazın içi maye ilə doldurulduqdan sonra müəyyən temperatur və zamanı tənzimləyərək yüksək tezlikli səs dalğaları ilə çirklər tibbi alətlərlərdən təmizlənir.
STERİLİZASİYA VƏ STERİLİZASİYA PROSEDURU:
- Bir obyektin üzərində və ya içərisində olan bütün mikroorqanizmlərdən təmizlənmə prosesinə STERİLİZASİYA deyilir. Bu proses nəticəsində, sporlu bakteriyalar, viruslar, göbələklər kimi bütün mikroorqanizmlər məhv edilir.
- Tibbi alətlər son model paketləmə cihazı ilə paketlənir.
- Xəstəxanamızda ən yeni və böyük həcmdə buxar sterilizatorlarından istifadə olunur. Tibbi alətlər, dəstlər, boxçalar və spanclar buxar sterilizatorunda fasiləsiz olaraq sterilizasiya edilir.
- Mərkəzi sterilizasiya şöbəsində günümüzdə ən uğurlu, müasir və yeni Hidrogen Peroksid Plazma Sterilizasiya cihazından istifadə olunur. Hidrogen Peroksid Plazma sterilizasiya cihazı aşağı temperaturda, nəm tələb etməyən, zəhərli tullantılara səbəb olmayan qısa zamanda bir sterilizasiya növüdür.
- Tibbi alətlər, dəstlər, boxçalar və spanclar və s. Yüklərin steril olmasını yoxlamaq üçün kimsayal və ən əsası bioloji indiqatordan istifadə olunur.
- Bioloji indiqator - Sterilizasiya prosesinin bioloji ölümü həyata keçirməkdə yetərli olub olmadığını göstərir. Tərkibində istiyə ən dayanıqlı olduğu bilinən geobacillus stearothermophilus virusu olan tüp şəklində test indiqatorudur.
- Bioloji indiqator sterilizator işi bitdikdən sonra bioloji inqubatora yüklənir. Bioloji inqubator: mikroorqanizmləri yetişdirmək üçün müəyyən bir temperatur təmin etməklə ortam hazırlayan bir və nəticə verən bir cihazdır.
- Steril olunmuş tibbi alətlər və dəstlər, boğçalar, spanclar sterilliyini pozmamaq üçün steril depoya düzgün yerləşdirilir və saxlanılır. Steril deponun təmizliyinə düzgün riayət olunur, temperatur və nəm daima nəzarət saxlanılır.