Appro Hospitalın Ginekologiya şöbəsi qadınların fiziki və reproduktiv sağlamlığının qorunması, xəstəliklərinin diaqnostikası və müalicəsi üçün müasir tibb elminin ən son imkanlarını təqdim edir. Xaricdə təhsil almış, təcrübəli mütəxəssislərimizin çalışdığı, son model tibbi avadanlıqlarla təchiz olunmuş şöbəmizdə pasiyentlərə fərdi və kompleks yanaşma təmin edilir. Burada həm profilaktik, həm də müalicəvi ginekoloji xidmətlər yüksək səviyyədə həyata keçirilir.
Diaqnostik xidmətlər
Diaqnostik xidmətlər
- Ginekoloji müayinələr: Pap smear və HPV testi – uşaqlıq boynu xərçənginin erkən aşkarlanması və qarşısının alınması üçün
- Vaginal və hormonal müayinələr: Vaginit, kandidoz, bakterial və cinsi yolla keçən infeksiyaların diaqnostikası, menstruasiya pozulmaları, sonsuzluq şikayətlərinin araşdırılması
- Ultrasəs müayinəsi (USM): Transabdominal və transvaginal üsullarla uşaqlıq, yumurtalıqlar və kiçik çanaq orqanlarının vəziyyətinin qiymətləndirilməsi
- Kolposkopiya: Uşaqlıq boynunda displaziya, eroziya və digər xərçəngönü dəyişikliklərin mikroskopik araşdırılması və biopsiyası
- Laborator analizlər: Endokrin profil, iltihabi markerlər, infeksiya testləri, hormon səviyyələrinin dinamik izlənməsi
- Uşaqlıq miomaları — konservativ terapiya, hormonal müalicə və ya miomektomiya
- Yumurtalıq kistaları və polikistoz yumurtalıq sindromu — fərdi yanaşma ilə müalicə
- Endometrioz — ağrılı və sonsuzluqla müşayiət olunan halların diaqnostikası və müalicəsi
- Menstruasiya pozuntuları — qeyri-müntəzəm, ağrılı və aşırı qanaxmaların aradan qaldırılması
- Uşaqlıq boynu patologiyaları — eroziya, displaziya və digər lezyonların müalicəsi
- Sidik qaçırma (inkontinensiya) və uşaqlıq-sidik kisəsi sallanması — uro-ginekoloji qiymətləndirmə və cərrahi müdaxilə
- Menopauza dövrü problemləri — hormonal dəyişikliklərdən yaranan narahatlıqların aradan qaldırılması
- Laparoskopik əməliyyatlar: Minimal invaziv üsulla aparılan cərrahi müdaxilələr (miomalar, yumurtalıq kistaları, endometrioz və s.) kiçik kəsiklər sayəsində sürətli sağalma və estetik üstünlük təmin edir.
- Histeroskopik müayinə və əməliyyatlar: Uşaqlıq boşluğunun histeroskop vasitəsilə diaqnostikası və poliplərin, submukoz miomaların çıxarılması, endometriumun ablyasiyası kimi prosedurlar.
- Açıq və endoskopik cərrahiyyə: Ginekoloji xəstəliklərin konservativ və cərrahi müalicəsi, o cümlədən bədxassəli törəmələrin götürülməsi.
