Reanimasiya və intensiv terapiya

Reanimasiya həyati funksiyaları pozulmuş, yaşaması risk altında olan xəstələrin intensiv nəzarətdə saxlanıldığı, yüksək texnologiya və ixtisaslaşmış tibbi personal ilə 24/7 xidmət göstərən  tibb sahəsidir. APPRO Hospitalının 15 çarpayılıq Reanimasiya və İntensiv Terapiya şöbəsi və xüsusi olaraq ayrılmış 6 çarpayıdan ibarət Kardioreanimasiya şöbəsi bu çətin və həyati əhəmiyyətli xidmətləri ən yüksək səviyyədə təqdim edən şöbələrdəndir.

Reanimasiya şöbəmiz tamamilə müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur:
  • Hər çarpayı üçün fərdi monitor və süni tənəffüs aparatı
  • Hemodializ, hemofiltrasiya, plazmaferez, MARS, ECMO və CPFA cihazları
  • İzolyasiya otaqları – infeksiyalı və ya xəstəxana daxili yoluxma riski olan xəstələr üçün
  • Pozitiv və neqativ təzyiq sistemləri – infeksiyaların qarşısının alınması üçün otaq daxili hava təzyiqi fərqli tənzimlənə bilər
  • Avtomatik havalandırma və filtrasiya –  saatda 6 dəfə otaqların havası dəyişir, nəmlik və temperatur balanslaşdırılır
  • Hepafiltrlərhava sterilizasiya sistemləri
Reanimasiya şöbəmizə qəbul olunan xəstə kateqoriyaları:
  • Kardioloji xəstələr: Miokard infarktı, aritmiyalar , kəskin ürək çatışmazlığı, aorta diseksiyası, hipertonik kriz
  • Tənəffüs sistemi xəstəlikləri: Kəskin tənəffüs çatışmazlığı, bronxial astma tutmaları, pulmonar emboliya, ciddi pnevmoniyalar
  • Nevroloji xəstəliklər və travmalar: İnsultlar, subaraxnoidal qansızma, epilepsiya statusu, kəllə-beyin travmaları
  • Zəhərlənmələr və ağır metabolik pozulmalar: Dərman və toksinlərlə zəhərlənmələr, qlükozanın səviyyəsi <40 və ya >800 mg/dl, elektrolit disbalanslar (Na+, K+, Ca2+ pozulmaları)
  • Cərrahi və travmatik hallar: Ağır əməliyyatlardan sonrakı xəstələr (onkoplastik, neyrocərrahiyyə və s.), yanıqlar (>10%), çoxsaylı travmalar, kəskin qarın sindromları, perforasiyalar ,septik şok halları.
Reanimasiyanın daha stabil, lakin yenə də mütəmadi monitorinqə ehtiyacı olan xəstələri: əməliyyatdan yeni çıxmış və süni tənəffüsə ehtiyacı olmayan xəstələr, reanimasiyadan çıxarılmış, lakin adi palatada izlənməsi riskli olanlar, stabil nevroloji xəstələr, qısa müddətli postoperativ müşahidə tələb edənlər İntensiv terapiya şöbəsində yerləşdirilir.

 İntensiv terapiya şöbəmizdə aparılan müayinə və xidmətlər:
  • 24 saat laborator analizlərin və biokimyəvi testlərin aparılma imkanı
  • KT, MRT, rentgen, USM daxil olmaqla bütün görüntüləmə vasitələrin tətbiqi
  • Bütün ixtisaslardan təcili konsultasiya imkanları
  • Xəstənin vəziyyətinə uyğun fərdi müalicə protokolları