APPRO Hospitalın Travmatologiya və Ortopediya şöbəsində hərəkət sistemi ilə bağlı bütün xəstəlik və travmaların dəqiq diaqnostikası və müasir metodlarla müalicəsi həyata keçirilir. Təcrübəli ortoped-travmatoloqlar, endoskopik və açıq cərrahi üsullar, eləcə də yüksək keyfiyyətli görüntüləmə texnologiyaları ilə xidmət göstəririk.
Əsas xidmət sahələrimiz:
Əsas xidmət sahələrimiz:
- Oynaqların müalicəsi və cərrahiyyəsi
- Bud-çanaq, diz, çiyin və dirsək oynaqlarının endoprotezləşdirilməsi
- Menisk yırtıqları, bağ zədələnmələri, qığırdaq zədələnmələrinin artroskopik müalicəsi
- Artrozların konservativ və cərrahi müalicəsi
- Gialuron turşusu inyeksiyaları və oynaqdaxili prosedurlar
- Sümük travmaları və sınıqlar
- Sadə və mürəkkəb sınıqların qapalı (minimal invaziv) və açıq üsullarla fiksasiyası
- Metal lövhələr, intramedulyar çivilər və eksternal fiksatorlarla osteosintez
- Bitişməmiş və ya düzgün bitişməmiş sınıqların cərrahi müalicəsi
- Ilizarov aparatı ilə sümük uzadılması və deformasiya düzəldilməsi
- Onurğa cərrahiyyəsi
- Fəqərə sınıqları
- Skolioz və kifoz kimi onurğa əyriliklərinin korreksiyası
- Vertebral deformasiyaların cərrahi müalicəsi
- Əl və mikrocərrahiyyə
- Vətər, sinir və damar zədələrinin təmiri
- Kəsilmiş ətrafların və barmaqların bərpası
- Funksional və estetik əməliyyatlar
- Ayaq cərrahiyyəsi
- Halluks valgus (baş barmaq çıxıntısı), halluks rigidus, Morton neyroması
- Yastıayaqlılıq (Pes Planus), yüksək qövs (Pes Cavus), çəkic barmaq və digər deformasiyaların korreksiyası
- Yumşaq və sümük toxuma əməliyyatları
- 6. Ortopedik onkologiya və infeksiya
- Sümük və oynaq infeksiyaları (septik artrit, osteomielit)
- Müxtəlif nahiyələrdə sümük şişlərinin radikal çıxarılması
- MRT, KT: Yumşaq və sümük toxumalarının yüksək dəqiqliklə görüntülənməsi
- Rentgen və Densitometriya: Sınıqlar və osteoporoz diaqnostikası
- Artroskopik diaqnostika: Oynaqdaxili problemlərin vizual qiymətləndirilməsi
- Diz, topuq, dirsək oynaqlarının artroskopiyası
- Qığırdaq köçürülməsi və osteonekroz müalicəsi
- Plastik gips sargılar və ilkin travma yardımı
