APPRO Hospitalın Neyrocərrahiyyə şöbəsi mərkəzi və periferik sinir sisteminin cərrahi müalicəsini həyata keçirən yüksək ixtisaslaşdırılmış tibb bölməsidir. Şöbəmiz, pasiyentləri dəqiq diaqnoz, təhlükəsiz əməliyyat və optimal sağalma şəraiti ilə təmin edir. Əməliyyatlar ən son texnologiya ilə təchiz olunmuş əməliyyat bloklarında, mikrocərrahiyyə və neyroendoskopik metodlar üzrə ixtisaslaşmış peşəkar neyrocərrahlar tərəfindən aparılır.
Xüsusilə vurğulamaq istərdik ki, əməliyyatlar ZEISS KINEVO 900 mikroskopu ilə aparılır. ZEISS KINEVO 900 - müasir mikrocərrahiyyə standartlarına cavab verən və beynəlxalq neyrocərrahlar tərəfindən geniş tətbiq olunan yüksək texnologiyaya malik cərrahi mikroskopdur. Bu mikroskop rəqəmsal vizualizasiya və 3D görüntü sistemləri ilə fərqlənir. İnteqrasiya olunmuş neyronaviqasiya sistemi sayəsində, cərrah əməliyyat zamanı mikroskopdan ayrılmadan real vaxtda dəqiq lokalizasiya və yönləndirmə imkanına malik olur. ZEISS KINEVO 900 mikroskopu sayəsində neyrocərrahlar anatomik strukturları mikron səviyyəsində dəqiqliklə vizualizə edə bilirlər ki, və bu da daha təhlükəsiz, həmçinin minimal invaziv cərrahi müdaxilələrin aparılmasına imkan yaradır.
Əsas fəaliyyət sahələri:

- Beyin şişlərinin cərrahiyyəsi:
- Xoşxassəli və bədxassəli beyin şişlərinin (meningioma, glioma, metastatik şişlər və s.) mikrocərrahi üsullarla çıxarılması.
- Toxumalardan dəqiq, təhlükəsiz və minimal invaziv nümunə götürülməsi-stereotaktik biopsiyalar
- Şişlərin neyronaviqasiya və intraoperativ görüntüləmə texnologiyaları ilə dəstəklənən cərrahi müdaxiləsi
- Beyin qan dövranı patologiyaları:
- Anevrizmalar və arteriovenoz malformasiyalar kimi damar anomaliyalarının cərrahi müalicəsi
- Hemorragik insultlarda beyində yaranan hematomaların mikrocərrahi üsullarla təmizlənməsi
- Kraniotomiya və minimal invaziv üsullar vasitəsilə beyin qanamalarının aradan qaldırılması
- Onurğa və onurğa beyni patologiyalarının cərrahi müalicəsi:
- Disk yırtığı və spinal stenoz hallarında dekompressiv və stabilizasiyaedici cərrahi müdaxilələr
- Spondilolistez və skolioz kimi onurğa deformasiyalarının cərrahi korreksiyası
- Onurğa beyni şişləri və vaskulyar malformasiyaların cərrahi müalicəsi
- Travmatik neyrocərrahiyyə:
- Kəllə-beyin travmalarında hematomaların təmizlənməsi və kəllə sınıqlarının korreksiyası
- Onurğa sınıqları zamanı fiksasiya və stabilizasiya əməliyyatları
- Açıq və qapalı baş-beyin zədələnmələrinin təcili cərrahi müalicəsi
- Pediatrik neyrocərrahiyyə:
- Hidrosefaliya müalicəsində ventrikuloperitoneal şuntlama əməliyyatları
- Sinir borusu qüsurları (spina bifida və digər nevroanatomik deffektlər)
- Uşaqlarda beyin şişləri və digər nevroanatomik struktural patologiyaların mikrocərrahiyyəsi
- Funksional və stereotaktik neyrocərrahiyyə:
- Dərin beyin stimulyasiyası - tremor və digər motor pozğunluqların simptomatik müalicəsi
- Epilepsiya cərrahiyyəsi – dərman müalicəsinə cavab verməyən tutma ocağının çıxarılması
- Nevralgiyaların mikrovaskulyar dekompressiyası