Laboratoriya

Yüksək dəqiqlik- Sürətli prosses - Güvənli nəticə

Müasir diaqnostikanın təməli dəqiq laboratoriya nəticələrindən asılıdır. APPRO Hospitalın laboratoriya  şöbəsi ən son texnologiyaya malik cihazlar və peşəkar mütəxəssislərlə   dəqiq  və güvənli müayinələr aparır.

Üstünlüklərimiz:
  • Yüksək dəqiqlikli müayinələr-Dünyanın aparıcı laboratoriya avadanlıqları ilə səhv risqini minimuma endiririk
  • Sürətli nəticələr- Avtomatlaşdırılmış sistemlər sayəsində analizlər qısa müddətdə icra olunur
  • Minimum nümunə həcmi- Müasir cihazlarımız çox az qan və ya digər biomaterial nümunələri ilə nəticə ala bilir
  • Geniş analiz çeşidi- Biokimyəvi,hematoloji,immunoloji və mikrobioloji analizlər daxil olmaqla geniş spektrdə müayinələr aparılır

İstifadə etdiyimiz laboratoriya avadanlıqları: Cobas e 411 (Roche Diagnostics) Hormonal və immunoloji analizlər üçün yüksək həssaslığa malik cihazdır. Qan nümunələrində infeksion xəstəliklər, şiş markerləri və digər biomarkerləri analiz etmək üçün istifadə olunur.  Üstünlükləri: 1.Yüksək dəqiqlik və sürət-86 test/saat performansı. 2.Avtomatik nümunə yükləmə sistemi-eyni anda 18 nümunə qəbul edə bilir. 3.Kiçik miqdarda nümunə ilə geniş spektrli testlər aparmağa imkan verir

Sysmex XN-550 (Sysmex Corporation) Tam avtomatlaşdırılmış hematoloji analizatordur. Qanın hüceyrə tərkibini yüksək dəqiqliklə təyin edir, anemiya və digər qan xəstəliklərinin diaqnostikasında əvəzolunmazdır. Üstünlükləri: 1. Tam avtomatik analiz-nümunəni avtomatik qarışdırma və analiz etmə qabliyyəti; 2. Hüceyrə morfologiyasının dəqiq təhlili- 6 hissəli leykosit differensiası; 3 Ağıllı yenidən yoxlama funksiyası- şübhəli nəticələri avtomatik təkrar yoxlama mexanizmi vardır.

CA 620 (Coagulation Analyzer) - Qanın laxtalanma sistemini yoxlamaq üçün  müasir koaqulyasiya analizatorudur.  Trombositlərin funksiyası, laxtalanma pozğunluqları, və antikoaqulyant müalicənin effektivliyini dəyərləndirmək üçün idealdır. Üstünlükləri: 1. Yüksək dəqiqlik və sürət protrombin vaxtı (PT),aktivləşdirilmiş tromboplastin vaxtı (APTT),fibrinogen və D-dimer analizlərini dəqiq aparır.2. Avtomatik nümunə analizi- bir neçə nümunəni ardıcıl analiz edə bilir. 3.Minimal nümunə həcmi xəstədən az miqdarda qan nümunəsi götürməklə geniş analiz aparmaq imkanı vardır.

Roche  Cobas 400 İntegra (Roche Diagnostics)-Biokimyəvi analizlər üçün ən müasir cihazlardan biri sayılır. Aşağı nümunə həcmi ilə işləyərək, qanda fermentlər,elektrolitlər, şəkər, böyrək və qaraciyər funksiyası göstəricilərini, lipid panelini yüksək dəqiqliklə ölçə bilir. Üstünlükləri:1.Yüksək məhsuldarlıq və tez nəticə - saatda 400 test icra edə bilir.2 Minimal səhv risqi- avtomatik işləmə sistemi laboratoriya xətalarını azaldır və yüksək dəqiq nəticəni təmin edir. 3 Eyni vaxtda çox sayda test aparmaq imkanı-bir neçə göstəricini eyni analizdə əldə edə bilirik