Radiologiya şöbəsi

APPRO HOSPITAL-ın Radiologiya şöbəsi ən son texnologiyaya malik diaqnostik avadanlıqlar və yüksək ixtisaslı mütəxəssislərlə pasiyentlərə sürətli, dəqiq və təhlükəsiz müayinə imkanı təqdim edir. Müasir görüntüləmə texnologiyalarımız minimal şüalanma ilə yüksək keyfiyyətli nəticələrə zəmanət verir.
Üstünlüklərimiz:
  •  Son model avadanlıqlar
  •  Minimal şüalanma ilə yüksək keyfiyyətli görüntülər
  •  Diaqnostik dəqiqlik və operativ nəticələr
İstifadə edilən avadanlıqlar və aparılan müayinələr:
  • Maqnit Rezonans Tomoqrafiya (MRT)Siemens Magnetom Aera 1.5 T ilə dəqiq və yüksək keyfiyyətli  görüntülər əldə edilir.Geniş daxili tunel (70sm)  və səssiz texnologiya - Quiet Suite texnologiyası  ilə müayinə xəstələrin rahatlığına xidmət edir.Cihaz çəkisi 155 kq-a qədər olan pasiyentlərin müayinəsinə imkan verir.Tam bədən MRT müayinəsi aparmaq mümkündür.
  • Kompüter Tomoqrafiyası (KT) Siemens SOMATOM go.Top 80 cm daha geniş tunel,daha aşağı şüalanma dozası, 128 kəsikli görüntüləmə texnologiyası ilə yüksək sürətli və yüksək keyfiyyətli görüntü əldə etmə və dəqiq diaqnoz qoymağa imkan yaradır.Səssiz müayinə-pasiyentlərin steressini azaldan və rahatlığını təmin edən texnologiya ilə işləyir.
  • Mammoqrafiya Siemens Healthineers MAMMOMAT Revelation innovativ 3D tomosintez və Kontrastlı Spektral Mammoqrafiya (CESM) texnologiyası ilə süd vəzi xəstəliklərinin erkən və dəqiq diaqnostikasını təmin edir.3D Tomosintez Texnologiyası-1mm-lik qatlar şəkilində görüntüləmə ilə xərçəngin erkən mərhələdə aşkarlanmasını təmin edir.Avtomatik Sıxlıq Dəyərləndirmə Sistemi sayəsində süd vəzi toxumasının sıxlığını avtomatik ölçərək xərçəng risqini dəyərləndirir və fərdi yanaşma imkanı verir.CESM – xərçəng şühbəsi olan xəstələr üçün əlavə diaqnostik imkan yaradır,kontrast maddə ilə damarların aktivliyini göstərərək xəstəliyin  mərhələsini dəqiqləşdirir. Aşağı şüalanma dozası -TİCEM texnologiyası sayəsində standart mammoqrafiya ilə müqayisədə daha az şüalanma ilə yüksək keyfiyyətli görüntü təmin edilir.Komfortlu və Ağrısız Müayinə-SoftComp Paddles sistemi süd vəzinin ağrısız və rahat müayinəsinə imkan yaradır.
  • Ultrasəs Müayinəsi (USM, Doppler)-GE LOGİQ E10 ultrasəs cihazı ən müasir texnologiya və süni intellekt dəstəyi ilə daha dəqiq,daha sürətli və daha keyfiyyətli görüntülər təqdim edir.Elastoqrafiya funksiyası—toxumaların sərtliyini ölçərək şişlər və digər patologiyaların erkən diaqnostikasına kömək edir.3D/4D görüntüləmə hamiləlik dövründə dölün inkişafını izləmək üçün yüksək həssaslığa malikdir. Dopler görüntüləmə qan dövranı və damar problemlərinin erkən aşkarlanmasına imkan yaradır.
VOLUSON E10 Ana və Körpə Sağlamlığı Üçün İnnovativ Ultrasəs Texnologiyasıdır.Müasir 3D/4D görüntüləmə texnologiyası və süni intellekt dəstəyi ilə prenatal müayinələrdə ən yüksək keyfiyyəti təmin edir.Dölün anotomiyasını,üz cizgilərini,hərəkətlərini aydın izləmək olur.Fetal doppler və qan axını təhlili-dolün ürək döyüntüsünü və qan dövranını dəqiq analiz edərək potensial risqləri erkən aşkar etməyə imkan verir.
  • Rentgen Müayinəsi – Aşağı şüalanma dozası və yüksək keyfiyyətli rəqəmsal görüntüləmə ilə sümük, ağciyər və digər orqanların diaqnostikası aparılır.