Ümumi Cərrahiyyə Şöbəsi

Peşəkar heyyət, müasir texnologiya və beynəlxalq standartlara uyğun cərrahi xidmətlər

APPRO Hospitalın Ümumi Cərrahiyyə şöbəsi geniş spektrli cərrahi əməliyyatların icrasını təmin edən, peşəkar və beynəlxalq təcrübəyə malik cərrah komandası ilə fəaliyyət göstərir. Şöbədə həm klassik (açıq), həm də müasir minimal invaziv (laparoskopik və endoskopik) metodlar əsasında əməliyyatlar aparılır. Əməliyyatlar beynəlxalq tibbi protokollara uyğun şəkildə icra olunur.
Minimal invaziv cərrahiyyə yanaşması sayəsində xəstələr daha az ağrı, minimal kəsik, infeksiya riskinin azalması və daha sürətli bərpa dövrü ilə üstün müalicə prosesi yaşayır.

İcra olunan əsas cərrahi əməliyyatlar:
  • Qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzin cərrahi patologiyaları
  • Mədə, qida borusu və bağırsaq törəmələrinin çıxarılması (şiş, kista, abses və s.)
  • Qida borusu və mədənin rezeksiyası
  • Diafraqma yırtıqlarının laparoskopik üsulla bərpası
  • Peritonarxası və çanaq sahəsi törəmələrinin çıxarılması
  • Qaraciyər şişləri və parazitar törəmələrin cərrahi müalicəsi
  • Qalxanabənzər və paratiroid vəzin əməliyyatları (tam və ya hissəvi)
  • Herniyaların (qasıq, göbək və digər) açıq və laparoskopik üsulla təmiri
  • Proktoloji əməliyyatlar: anal fistul, çat, babasil (hemorroidektomiya, lateks həlqə qoyulması)
  • Laparoskopik appendektomiya
  • Yumşaq toxuma və dəri törəmələrinin çıxarılması
  • Abdominoplastika – estetik və rekonstruktiv cərrahiyyə çərçivəsində
  • Diaqnostik laparoskopiya və torakoskopiya
Niyə məhz APPRO Hospital?
  • Beynəlxalq təcrübəyə malik peşəkar cərrahlar
  • Müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanalar
  • Minimal invaziv texnologiyalara üstünlük verilməsi
  • Steril, təhlükəsiz və komfortlu hospital mühiti
  • Fərdi yanaşma və kompleks müalicə protokolları
  • Tez bərpa, az travma və estetik nəticə
Ümumi Cərrahiyyə şöbəmiz  pasiyentlərin təhlükəsizliyini və sağlamlığını prioritet hesab edir. Bütün müalicə prosesləri multidissiplinar yanaşma ilə təşkil olunur və yüksək klinik nəticələrə nail olunur.