Appro Hospitalın Ürək-damar cərrahiyyəsi şöbəsi — açıq və qapalı ürək əməliyyatlarının icra olunduğu, müasir tibbi standartlara tam cavab verən və multidissiplinar yanaşma ilə fəaliyyət göstərən ixtisaslaşdırılmış bir mərkəzdir. Şöbə yüksək ixtisaslı kardiocərrahlar, anestezioloq-reanimatoloqlar və perfuzioloqlardan ibarət peşəkar tibbi heyət tərəfindən idarə olunur. Ən mürəkkəb ürək-damar cərrahiyyəsi əməliyyatlarının icrası üçün şöbə müasir texnologiyalarla tam şəkildə təchiz olunmuşdur.
Əsas fəaliyyət istiqamətləri:
Əsas fəaliyyət istiqamətləri:
- Açıq ürək əməliyyatları:
- Aortal və mitral klapanların protezləşdirilməsi və rekonstruksiyası
- Koronar arteriyaların bypass əməliyyatı
- Anadangəlmə ürək qüsurlarının korreksiyası
- Aorta anevrizması zamanı cərrahi müdaxilələr
- Revmatik xəstəliklərə bağlı klapan dəyişilmələri
- Qapalı və minimal invaziv ürək cərrahiyyəsi:
- Minimal invaziv mitral və ya aortal klapan əməliyyatları
- Mini-sternotomiya və ya sağ torakotomiya ilə klapan dəyişilməsi və təmiri
- Transkateter aortal klapan implantasiyası
- Minimal invaziv koronar bypass əməliyyatları
- Anadangəlmə ürək qüsurlarının qapalı üsulla korreksiyası
- Ürəkdəki bəzi aritmiyaların ablasiya və ya cihaz implantasiyası ilə müalicəsi
- Kardiopulmonar bypass sistemləri: Ən müasir perfuziya texnologiyaları ilə təchiz olunmuş bu sistemlər sayəsində açıq ürək əməliyyatları zamanı bədənin qan dövranı və orqan perfuziyası süni şəkildə təmin olunur. Bu ürəyin müvəqqəti dayandırıldığı dövrdə həyati funksiyaların sabit saxlanmasına imkan yaradır.
- Transezofageal exokardioqrafiya (TEE): Əməliyyat zamanı və erkən postoperativ mərhələdə ürəyin daxili strukturlarının yüksək dəqiqliklə, real vaxt rejimində görüntülənməsini təmin edir. TEE texnologiyası cərrahların intraoperativ qərar vermə prosesini dəstəkləyərək, əməliyyatın dəqiqliyini artırır.
- Əməliyyatdaxili monitorinq sistemləri: Hər bir pasiyentin hemodinamik göstəriciləri – arterial təzyiq, ürək ritmi, oksigenləşmə səviyyəsi və digər həyati əlamətlər – əməliyyat və intensiv terapiya mərhələsində davamlı olaraq izlənilir. Bu sistemlər müdaxiləyə dərhal reaksiya verməyə imkan verir və fəsad riskini minimuma endirir.
- Postoperativ intensiv terapiya və reabilitasiya: Cərrahi müdaxilədən sonra pasiyentlər hospitalımızın tam təchiz olunmuş Reanimasiya və İntensiv Terapiya şöbəsində peşəkar tibbi heyətin daimi nəzarəti altında saxlanılır. Burada fərdi müalicə planına əsasən tənəffüs dəstəyi, ağrının effektiv idarə olunması, hemodinamik parametrlərin stabil saxlanması və infeksiyalardan qorunma tədbirləri təmin edilir. Reanimasiya mərhələsindən sonra xəstələrin mərhələli reabilitasiyası və ambulator nəzarəti davam etdirilərək, tam bərpa prosesinə dəstək göstərilir.
