Təcili Tibbi Yardım

APPRO Hospitalın Təcili Tibbi Yardım Şöbəsi yüksək ixtisaslı, təcrübəli və peşəkar tibb heyəti ilə 7/24 fasiləsiz rejimdə fəaliyyət göstərərək, pasiyentlərə operativ, dəqiq və keyfiyyətli tibbi yardım göstərir.

 Şöbəmizin  imkanları:
  • Yüksəkixtisaslı tibb personalı
  • Təcili yardım, reanimatologiya və travmatologiya sahəsində ixtisaslaşmış həkimlər
  • Təcrübəli və çevik tibb bacıları və texniki heyyət üzvləri
  • Tam təchizatlı TTYŞ avtomobilləri
  • Bütün təcili yardım avtomobilləri ATLS (Advanced Trauma Life Support) və ACLS (Advanced Cardiac Life Support) beynəlxalq protokollarına uyğun müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur
  • Yol şəraitində belə diaqnostik və müalicəvi prosedurların icrası mümkündür
  • Ehtiyac olduqda xəstələrin tibbi təxliyyəsi peşəkar səviyyədə həyata keçirilir
  • Reanimasiya və monitorinq xidmətləri
  • Şöbədə ağır vəziyyətdə olan pasiyentlər üçün monitorinq, reanimasiya və ilkin sabitləşdirmə tədbirləri yüksək səviyyədə icra olunur
  • EKQ, defibrilyator, süni tənəffüs cihazları, infuziya sistemləri və digər həyati vacib texnologiyalarla təchiz olunmuş reanimasiya otaqları fəaliyyət göstərir
  • Təcili tibbi müdaxilə lazım olan halların effektiv idarə olunması
  • Qəfil baş verən və təxirəsalınmaz tibbi müdaxilə tələb edən hallarda (infarkt, insult, qıcolma, travmalar və s.) komanda şəkilində sürətli yardım göstərilir.
  • Xəstələrin vəziyyəti yerində qiymətləndirilir, sabitləşdirilir və lazım olduqda xəstəxananın müvafiq şöbələrinə təhvil verilir.