Appro Hospitalın Otorinolarinqologiya şöbəsində qulaq, burun və boğazla bağlı bütün xəstəliklərin müayinəsi və müvafiq müalicəsi beynəlxalq tibbi protokollara uyğun olaraq həyata keçirilir. Şöbə, tibbi xidmətlərin yüksək keyfiyyətdə göstərilməsinə imkan verən son nəsil diaqnostik və müayinə avadanlıqları ilə tam təchiz olunmuşdur. Şöbəmizdə həm uşaqlar, həm də böyüklər üçün, təcrübəli mütəxəssislər və innovativ tibbi avadanlıqlar vasitəsilə yüksək səviyyəli müayinə və müalicə xidmətləri təqdim olunur.
Hospitalımızın otolorinolarinqologiya şöbəsində xarici və orta qulaq, təbil pərdəsi, burun boşluğu və sinuslar, boğaz və səs telləri, qida borusunun yuxarı hissəsi və üz sinirləri ilə bağlı xəstəliklərin müasir üsullarla diaqnostika və terapiyası həyata keçirilir. Bu şöbə, həmçinin daxili qulaq ilə beyin arasındakı sinir əlaqələrinin pozulması nəticəsində yaranan xəstəliklərin, eşitmə və müvazinət problemlərinin, eləcə də danışıq və səs funksiyası ilə bağlı pozuntuların diaqnostikası və müalicəsini də əhatə edir. Qulaq-burun-boğaz xəstəliklərinin diaqnostikasında endoskopiya, audiometriya, laborator və rentgen diaqnostikası və kompüter tomoqrafiyasının bütün növləri kimi əsas metodlar təqdim edilir. Qulaq, burun, boğaz xəstəliklərinin əsas əlamətləri:

- Baş ağrısı və başgicəllənmə
- Burun axması, tıxanıqlıq, qaşınma
- Qulaq batması və eşitmə zəifliyi
- Boğaz ağrısı, quruluq və yanma
- Xroniki öskürək və qıcıqlanma
- Səsin tutulması və ya dəyişməsi
- Qulaq, burun, boğaz, udlaq və qırtlaq orqanlarının vizual və endoskopik müayinəsi
- Qulaq infeksiyaları, eşitmə zəifliyi, səsgəlmələr müayinəsi və müalicəsi
- Allergik rinit, burun tıxanıqlığı və axıntılarının konservativ müalicəsi
- Xroniki faringit, tonzillit, larinqit və udma çətinliklərinin diaqnozu və müalicəsi
- Burunətrafı cibləri iltuhabının (haymorit, etmoidit və s.) medikamentoz müalicəsi
- Qulaq arxası və boyun limfa düyünlərinin və digər yumşaq toxuma dəyişikliklərinin müayinəsi
- Qida borusu, udlaq və səs telləri ilə bağlı şikayətlərin təhlili
- İnfeksion və iltihabi xəstəliklərin dərmanla müalicə protokolları
- Yuxarı tənəffüs yollarında allergik və ya infeksion mənşəli problemlərin kompleks terapiyası