Appro Hospitalın Nevrologiya şöbəsi, mərkəzi və periferik sinir sistemi xəstəliklərinin müayinə və müalicəsində peşəkar nevroloqlar, son texnologiyalı avadanlıqlar və müasir müalicə metodları sayəsində pasiyentlərimizə beynəlxalq standartlara uyğun xidmət göstərir.
Təklif olunan xidmətlər:
Təklif olunan xidmətlər:
- Sinir sistemi xəstəliklərinin müayinəsi və müalicəsi- Mərkəzi və periferik sinir sisteminin kəskin və xroniki xəstəlikləri, sinir sıxılmaları, sinir zədələnmələri, neyroloji ağrılar və s. müayinələrə əsaslanaraq müalicə olunur.
- Baş beyin və onurğa beynin zədələnmələrinin müalicəsi- Beyin zədələnmələri müasir metodlar ilə müalicə olunur və müalicədən sonra reabilitasiya xidmətləri ilə sinir sisteminin tam bərpası təmin edilir.
- Degenerativ və distrofik xəstəliklərin müalicəsi-Kəskin və xroniki ağrılar, onurğa zədələnmələri, osteoxondroz və digər degenerativ xəstəliklərin müalicəsi aparılır.
- Sinir sisteminin iltihabi xəstəliklərinin müalicəsi- Multiple Skleroz və digər nevroloji iltihab xəstəliklərinin erkən mərhələlərdə aşkarlanması və müalicəsi aparılır.
- Epilepsiya və Parkinson xəstəliyi və digər nevroloji xəstəliklərin müalicəsi
- Əməliyyat sonrası reabilitasiya- Baş beyin və onurğa beyin əməliyyatlarından sonra bərpaedici müalicə və reabilitasiya xidmətləri təklif edilir.
- MRT (Maqnit Rezonans Tomoqrafiyası): Beyin və onurğanın detallı görüntülənməsi
- KT (Kompyuter Tomoqrafiyası): Kəskin zədələnmələrin qiymətləndirilməsi
- Elektroensefalografiya (EEG): Beyin dalğalarının fəaliyyəti və epilepsiyanın aşkarlanması
- Elektromioqrafiya (EMG): Sinir və əzələ fəaliyyətlərinin təhlili
- Boyun damarlarının doppler müayinəsi: Beyin qan dövranının dəyərləndirilməsi
- Rentgen və rəqəmsal görüntüləmə – Onurğa və dayaq-hərəkət sistemi müayinələri
- Triqqer nöqtələrinin elektropunkturası: Sinir ağrılarını yüngülləşdirmək və sinir sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tətbiq edilir.
- Beyin elektrostimuliyası: Beynin müxtəlif hissələrini stimullaşdıraraq, sinir sisteminin normal fəaliyyətini təmin edir.
- Nevromodulyasiya: Sinir sistemini təkrardan balanslaşdırmaq və təbii bərpa prosesini sürətləndirmək üçün istifadə edilən metod.
