APPRO Hospitalın Urologiya şöbəsi, qadın və kişilərdə sidik ifrazat sistemi xəstəlikləri — böyrəklər, sidik axarları, sidik kisəsi və sidik kanalı ilə bağlı problemlərin diaqnostika və müalicəsi üzrə ixtisaslaşmışdır.
Şöbənin nəzdində fəaliyyət göstərən Andrologiya bölməsi isə kişi cinsiyyət orqanlarının xəstəliklərinin diaqnostikası və müalicəsini həyata keçirir.
Şöbəmiz müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Burada yüksək ixtisaslı uroloq və uroloq-androloq həkimlərimizin təcrübəsi sayəsində, qısa müddət ərzində bütün uroloji (sidik-ifrazat sistemi) və androloji (kişilərdə cinsi funksiyaların pozğunluqları) xəstəliklərin dəqiq diaqnostikası və effektiv müalicəsi aparılır.
Urologiya şöbəsində müayinə və müalicə olunan xəstəliklər Sidikçıxarıcı yolların və böyrəklərin daşları:

- Qapalı litotripsiya və litoekstraksiya:
- Distansion zərbə dalğalı litotripsiya (ESWL)
- Lazer və pnevmatik ureterolitotripsiya
- Ultrasəs litolapaksiya
- Açıq və laparoskopik daş əməliyyatları
- Endoskopik və açıq sidik kisəsi əməliyyatları
- Açıq tam və hissəvi nefrektomiyalar
- Prostat vəzi xərçənginin radikal cərrahi müalicəsi
- Cinsi zəifliyin diaqnostikası və dərman/cərrahi müalicəsi
- Peyroni xəstəliyinin müalicəsi
- Xaya biopsiyası və toxum materialının götürülməsi
- Kişi sonsuzluğu və mikroskopik androloji problemlərin (varikosel və toxum kanallarına dair əməliyyatlar) aradan qaldırılması
- Urodinamik müayinə (sistometriya)
- Sidik saxlaya bilməmənin minimal invaziv üsullarla müalicəsi
- Qapalı (TUR) və açıq prostat əməliyyatları
- Prostat biopsiyası
- Prostatın və sidik kisəsinin TUR əməliyyatları
- Sidik kisəsi və böyrək daşlarının, həmçinin şişlərinin endoskopik aradan qaldırılması
- Həm qadın, həm də kişilərdə sidik saxlamazlığın tibbi və cərrahi yolla effektiv müalicəsi