Oftalmologiya şöbəsi

APPRO Hospitalın Oftalmologiya şöbəsi, müasir tibbin tələblərinə cavab verən ən son texnologiyalardan istifadə edərək, göz sağlamlığınızı və görmə qabliyyətinizi qorumaq və müalicə etmək üçün yüksək keyfiyyətli tibbi xidmət göstərir. Təcrübəli və peşəkar həkimlərimiz  və müasir tibbi avadanlıqlar  göz xəstəliklərinin erkən mərhələdə aşkarlanmasına və konservativ və ya cərrahi müalicəsinə təminat verir.

Hospitalımızda aşağıdakı diaqnostik müayinələr həyata keçirilir:
  • Keratometriya: Gözün kornea quruluşunun ölçülməsi və xəstəliklərin aşkarlanması
  • Avtorefraktometriya: Görmə qüsurlarının ölçülməsi və dəqiq təyini
  • Ultrasonoqrafiya: Gözün daxili strukturlarının təhlili və anomaliyaların aşkarlanması
  • Pnevmotonometriya: Göz təzyiqinin ölçülməsi və glaukoma riski olan xəstələrin izlənməsi
  • Angioqrafiya: Göz damarlarının görüntülənməsi və xəstəliklərin erkən mərhələlərdə aşkarlanması
  • Kompyüter Perimetriya: Görmə sahəsinin ölçülməsi, göz təzyiqi ilə əlaqəli xəstəliklərin müəyyən edilməsi
  • OCT (Optik Koherent Tomoqrafiya): Gözün daxili strukturlarını yüksək dəqiqliklə görüntüləyən bir texnologiya ilə retina, makula və optik sinir xəstəliklərini erkən mərhələdə aşkarlanması
Şöbəmizdə  müalicəsi aparılan göz xəstəlikləri:
  • İridosiklit və uveitlər: Gözün daxilində yaranan iltihabi proseslər
  • Qlaukoma: Göz təzyiqinin yüksək olması ilə əlaqəli görmə itkisi riski
  • Katarakta: Gözün linzasının bulanması, görmənin zəifləməsi
  • Retinopatiyalar: Retina xəstəlikləri və görmə itkisi
  • Refraksiya pozulmaları: Miopiya, hipermetropiya  və astiqmatizm
  • Göz dibi xəstəlikləri: Şəkərli diabet və hipertaniya kimi xəstəliklərin gözə təsiri
  • Konyuktivanın infeksion xəstəlikləri: Gözün selikli qişasının iltihabı
  • Buynuz qışa xoraları: Gözün korneasında yaranan xəstəliklər
  • Quru göz sindromu: Gözün kifayət qədər nəmlənməməsi və narahatlıq hissi
  • Konyuktiva və buynuz qışanın yad cismi: Gözə yad cisimlərin düşməsi
Cərrahi xidmətlərimiz: Hospitalımızın Oftalmologiya şöbəsində, müxtəlif göz xəstəliklərinin müalicəsi üçün qabaqcıl cərrahi əməliyyatlar da həyata keçirilir. Bu əməliyyatlar, göz sağlamlığını bərpa etmək və görmə qabiliyyətini qorumaq üçün müasir metodlarla yerinə yetirilir.
  • Qapaq və xalazion əməliyyatı: Göz qapağında meydana gələn xoş xassəli şişlərin götürülməsi
  • Absesinin drenajı: Göz qapağında yaranan  irinli toplantının aradan qaldırılması
  • Pteriqium əməliyyatı: Gözün selikli qişasından yaranan patoloji pərdənin çıxarılması
  • Fako-IOL əməliyyatı: Kataraktalarda fakoemulsifikasiya və intraokulyar linza implantasiyası
  • Qapaq kistası əməliyyatı: Göz qapağında   yaranan şişkinliyin çıxarılması
  • Göz yaşı axarlarının aktivləşdirilməsi: Quru göz sindromunun müalicəsi məqsədilə
  • Katarakta əməliyyatı: Bulanmış linza çıxarılaraq şəffaf süni linza ilə əvəz olunması
  • Qlaukoma əməliyyatı: Göz təzyiqini idarə etmək və optik sinir zədələnməsinin qarşısını almaq
Hospitalımızda təklif olunan ən müasir və effektiv müalicə üsullarından biri də Avestin iynəsinin tətbiqidir. Avestin iynəsi,  göz dibi damarlarının zədələnməsindən əziyyət çəkən xəstələr üçün istifadə edilən bir müalicə metodudur. Bu iynə, göz daxili xəstəliklərin müalicəsində non-invaziv, daha az riskli və yüksək effektiv nəticələr təqdim edən bir yanaşmadır.
Avestin iynəsinin istifadə edildiyi xəstəliklər:
  • Diabetik Retinopatiya: Şəkərli diabetdə retina damarlarının zədələnmələri və qanaması
  • Yaşla bağlı Makula Degenerasiyası: Mərkəzi görmə sahəsinin yaşla bağlı degenerasiyaları
  • Retina Şişləri: Retina daxilindəki şişlərin və anormal damarların müalicəsi