APPRO Hospitalın Terapiya şöbəsi daxili xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası üzrə ixtisaslaşmış, peşəkar tibbi xidmət təqdim edən aparıcı bölmələrdən biridir. Şöbə müasir tibbi standartlara uyğun fəaliyyət göstərərək, xəstələrin sağlamlığının bərpası və həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə kompleks diaqnostik və terapevtik xidmətləri multidissiplinar yanaşma əsasında həyata keçirir. Hospitalımıza müraciət edən pasiyentlərə həm ambulator, həm də stasionar şəraitdə yüksək səviyyəli terapevtik tibbi xidmətlər göstərilir. Şöbədə elmi əsaslara söykənən müasir diaqnostik metodlar və sistemli müalicə protokolları yüksək ixtisaslı həkim-terapevtlər tərəfindən tətbiq olunur.
Göstərilən Terapevtik Xidmətlər
- Daxili xəstəliklərin diaqnostikası və müalicəsi
- Ürək-damar sistemi: Arterial hipertenziya, ürək ritminin pozulmaları, ürək çatışmazlığı, isemik ürək xəstəliyi və s.
- Tənəffüs sistemi: Kəskin və xroniki bronxit, bronxial astma, pnevmoniya, xroniki obstruktiv ağciyər xəstəliyi və s.
- Həzm sistemi: Qastrit, mədə və onikibarmaq bağırsaq xorası, qaraciyər xəstəlikləri (hepatitlər, steatoz), xolesistit, pankreatit və digər qastroenteroloji problemlər.
- Endokrin sistem: Şəkərli diabet, qalxanabənzər vəzinin funksional pozulmaları (hipotireoz, hipertiroidizm), metabolik sindrom və s.
- Sidik-cinsiyyət sistemi: Pielonefrit, sistit, böyrək çatışmazlığı, nefropatiyalar və digər uroloji-terapevtik problemlər.
- Revmatoloji xəstəliklər: Revmatoid artrit, osteoartrit, sistem xəstəlikləri və digər oynaq və birləşdirici toxuma patologiyaları.
- Xroniki xəstəliklərin idarə olunması və uzunmüddətli müalicə planlaması
- Fərdi müalicə planlarının hazırlanması: Pasiyentin anamnezi, yanaşı xəstəlikləri və həyat tərzi nəzərə alınaraq fərdi planlar hazırlanır və davamlı nəzarət altında saxlanılır.
- Dərman terapiyasının optimallaşdırılması: Preparatların düzgün seçilməsi, doza tənzimlənməsi və dərman qarşılıqlı təsirlərinin izlənməsi təmin olunur.
- Erkən diaqnostika və profilaktik müayinələr
- Risk qruplarının müəyyən edilməsi: Genetik meyillilik, həyat tərzi və peşə riski olan şəxslər erkən mərhələdə aşkar edilərək nəzarətə götürülür.
- Xəstəliklərin erkən diaqnostikası: Diabet, arterial hipertenziya, qaraciyər, böyrək və digər daxili orqan patologiyalarının ilkin mərhələdə aşkarlanması üçün geniş spektrli laborator və instrumental müayinələr aparılır.
- Xüsusi Tibbi Xidmətlər
- Operativ riskin qiymətləndirilməsi: Cərrahi əməliyyata hazırlıq mərhələsində pasiyentlərdə əməliyyat riski və onun dərəcəsi qiymətləndirilir.
- Ümumi Check-up müayinələri: Fərdi sağlamlıq göstəricilərinin təhlili və xəstəliklərin erkən aşkarlanması məqsədilə həyata keçirilir.
- Yaşlanma və yaşla bağlı sağlamlıq problemləri: Geriatrik pasiyentlərdə funksional və metabolik vəziyyətin dəyərləndirilməsi, uyğun müalicə və dəstək proqramlarının hazırlanması.
