Sterilizasiya şöbəsi

APPRO Hospitalın Sterilizasiya şöbəsi, infeksiyaların qarşısının alınması və pasiyent təhlükəsizliyinin təmin edilməsi baxımından həyati əhəmiyyət daşıyan, yüksək məsuliyyətli bir sahədir.

Bu şöbə, hospitalımızın müxtəlif bölmələrində istifadə olunmuş, çirklənmiş  tibbi alətlərin təmizlənməsi, dezinfeksiyası və yenidən steril vəziyyətdə istifadəyə hazırlanmasını təmin edir.

Sterilizasiya Şöbəsi ən müasir və beynəlxalq standartlara uyğun tibbi avadanlıqlarla təchiz olunmuşdur. Sterilizasiya prosesində avtoklav sistemləri, ultrasəs yuyucu cihazlar, termodezinfektorlar və digər qabaqcıl texnologiyalar istifadə olunur.

Peşəkar təlim keçmiş tbbi personal
  • Şöbədə çalışan əməkdaşlarımız yerli və beynəlxalq mütəxəssislər tərəfindən müntəzəm olaraq təlimlərə cəlb olunur, sterilizasiya protokolları və yeni texnologiyalar barədə daim yenilənir.
  • Hər bir personal infeksion təhlükəsizlik, alətlərin təmizlənmə protokolları və steril paketləmə sahəsində xüsusi ixtisasa malikdir.
Sterilizasiya şöbəmiz beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq aşağıdakı sahələrə bölünmüşdür:
  • Çirkli sahə – istifadə olunmuş və çirklənmiş alətlərin qəbul edildiyi və ilkin təmizlənmənin aparıldığı hissə
  • Təmiz sahə – cərrahi alətlərin və tekstil materiallarının hazırlanıb paketləndiyi zona
  • Steril sahə – tam steril vəziyyətə gətirilmiş alətlərin mühafizə edildiyi və istifadəyə təhvil verildiyi hissə
Bu bölgülər sayəsində çirklənmənin qarşısı effektiv şəkildə alınır və infeksiya yayılması riski sıfıra endirilir.