APPRO Hospitalın Təcili Tibbi Yardım Şöbəsi yüksək ixtisaslı, təcrübəli və peşəkar tibb heyəti ilə 7/24 fasiləsiz rejimdə fəaliyyət göstərərək, pasiyentlərə operativ, dəqiq və keyfiyyətli tibbi yardım göstərir.
Şöbəmizin imkanları:
Şöbəmizin imkanları:
- Yüksəkixtisaslı tibb personalı
- Təcili yardım, reanimatologiya və travmatologiya sahəsində ixtisaslaşmış həkimlər
- Təcrübəli və çevik tibb bacıları və texniki heyyət üzvləri
- Tam təchizatlı TTYŞ avtomobilləri
- Bütün təcili yardım avtomobilləri ATLS (Advanced Trauma Life Support) və ACLS (Advanced Cardiac Life Support) beynəlxalq protokollarına uyğun müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur
- Yol şəraitində belə diaqnostik və müalicəvi prosedurların icrası mümkündür
- Ehtiyac olduqda xəstələrin tibbi təxliyyəsi peşəkar səviyyədə həyata keçirilir
- Reanimasiya və monitorinq xidmətləri
- Şöbədə ağır vəziyyətdə olan pasiyentlər üçün monitorinq, reanimasiya və ilkin sabitləşdirmə tədbirləri yüksək səviyyədə icra olunur
- EKQ, defibrilyator, süni tənəffüs cihazları, infuziya sistemləri və digər həyati vacib texnologiyalarla təchiz olunmuş reanimasiya otaqları fəaliyyət göstərir
- Təcili tibbi müdaxilə lazım olan halların effektiv idarə olunması
- Qəfil baş verən və təxirəsalınmaz tibbi müdaxilə tələb edən hallarda (infarkt, insult, qıcolma, travmalar və s.) komanda şəkilində sürətli yardım göstərilir.
- Xəstələrin vəziyyəti yerində qiymətləndirilir, sabitləşdirilir və lazım olduqda xəstəxananın müvafiq şöbələrinə təhvil verilir.
