Kardiologiya şöbəsi

APPRO Hospitalın  Kardiologiya şöbəsi ürək-damar sistemi xəstəliklərinin erkən diaqnostikası və müalicəsini uğurla reallaşdıran yüksək ixtisaslaşmış ən mühüm strukturlardan biridir. Şöbəmizdə həm ümumi kardiologiya, həm də invaziv kardiologiya bölmələri üzrə müasir kardioloji protokollara əsaslanan tibbi xidmətlər göstərilir. Ümumi kardiologiya Bu bölmə ürəyin funksional pozuntularının və xroniki ürək-damar patologiyalarının erkən diaqnostikası və konservativ müalicəsini həyata keçirir:
  • Hipertoniya xəstəliyi və arterial hipertenziya sindromları
  • Ürəyin İşemik xəstəliyi (stabil və qeyri-stabil stenokardiya, miokard infarktı)
  • Ürək ritm pozuntuları (taxikardiya, bradikardiya)
  • Ürək çatışmazlığı (kəskin və xroniki formaları)
  • Miokardit, perikardit, kardiomiopatiyalar
  • Qapaq aparatının funksional pozulmaları
Invaziv kardiologiya Müasir texnologiyalı avadanlıqlarla tam təchiz olunmuş Invaziv kardiologiya bölməsində təcrübəli invaziv kardioloqlar tərəfindən ürək və koronar damarların diaqnostik və müalicəvi prosedurları aparılır:
  • Koronar angioqrafiya – koronar damarların rentgen-kontrast müayinəsi
  • Perkutan koronar müdaxilələr – balon angioplastika və damar stentləşdirməsi
  • Ürək boşluqlarının kateterizasiyası – hemodinamik ölçmələr və diaqnostik qiymətləndirmə
  • İntravaskulyar ultrasəs müayinəsi Optik koherens tomoqrafiya (OCT) – damarların daxili strukturunun yüksək dəqiqliklə qiymətləndirilməsi
  • Temporal və daimi kardiostimulyatorların implantasiyası
Kardioloji müayinələr Şöbədə həm ambulator, həm də stasionar pasiyentlər üçün geniş spektrli kardioloji müayinələr aparılır:
  • EKQ (Elektrokardioqrafiya) – ürəyin ritm və keçiriciliyinin ilkin qiymətləndirilməsi
  • Exokardioqrafiya (ExoKQ) – ürəyin strukturlarının və yığılma qabiliyyətinin ultrasəs müayinəsi
  • Stress-testlər – fiziki yüklənmə altında ürəyin funksional cavabının öyrənilməsi
  • 24 saatlıq Holter monitorinqi – ürək ritminin və ya arterial təzyiqin dinamik nəzarəti
  • Stress-exokardioqrafiya – farmakoloji yüklənmədə miokard perfuziyasının müayinəsi
  • Laborator biomarker testləri – troponin, NT-proBNP, lipid paneli və s.yoxlanılır