Haqqımızda
Beynəlxalq keyfiyyət standartlarına tam uyğun qurulmuş APPRO HOSPİTAL 2021 ci ildən fəaliyyətə başlayan geniş imkanlara malik səhiyyə ocağıdır. Qısa müddət ərzində sürətli inkişaf yolu keçərək uğurlu nəticələri ilə Azərbaycanın müasir səhiyyə sistemində özünəməxsus yer tutmuşdur.
APPRO HOSPİTAL-da ən son texnologiyaya malik tibbi avadanlıqlarla təchiz olunmuş laboratoriya şöbəsi, tam əhatəli tibbi xidmət göstərən poliklinika şöbəsi, bütün növ radioloji müayinələrin müasir avadanlıqlarla peşəkar görüntülənməsini təmin edən şüa diaqnostika şöbəsi, 10 çarpayıdan ibarət təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, 80 çarpayıdan ibarət yüksək səviyyəli stasionar şöbə, 15 çarpayıdan ibarət son texnologiya ilə təchiz olunmuş reanimasiya və intensiv terapiya şöbəsi, 6 çarpayıdan ibarət kardioreanimasiya və müasir tələblərə cavab verən 11 əməliyyat zalı fəaliyyət göstərir.

Missiyamız
Pasiyentlərimizin sağlamlığını qorumaq, onlara etibarlı və yüksək səviyyəli tibbi xidmət göstərmək, müasir tibbi texnologiyalar və innovativ diaqnostika üsullarından istifadə edərək effektiv müalicə prossesini təmin etməkdir.
Biz hər kəs üçün əl çatan və keyfiyyətli tibbi xidməti təmin etməklə, insanlara sağlam və xoşbəxt həyat bəxş etməyi hədəfləyirik.
Biz hər kəs üçün əl çatan və keyfiyyətli tibbi xidməti təmin etməklə, insanlara sağlam və xoşbəxt həyat bəxş etməyi hədəfləyirik.

Üstünlüklərimiz

